Zakir Həsənov Anjey Kaspşik ilə münaqişənin həllini müzakirə edib

17 Yanvar 2020 14:14 (UTC+04:00)

Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb. (APA)

AzNews.az