Prezident Cənnət Səlimova ilə bağlı sərəncam imzaladı - RƏSMİ

17 Yanvar 2020 17:45 (UTC+04:00)

Prezident İlham Əliyev Cənnət Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilsin.

AzNews.az