BDYPİ-də kadr dəyişikliyi olub

17 Yanvar 2020 17:52 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutduğu vəzifədən azad edilərək Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

AzNews.az