Gəncə sakini qaçırdığı avtomobili ağaca çırpıb

17 Yanvar 2020 21:16 (UTC+04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Hərəkətdə olan “VAZ 21 099” markalı avtomaşın ağaca çırpılıb. Qəza nəticəsində 2005-ci il təvəllüdlü Ələsgərov Aqil Zahid oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

A. Ələsgərovun həmin maşını qaçırdığı bildirilir. (APA)

AzNews.az