ATƏT PA-nın qış sessiyasının vaxtı məlum olub

17 Yanvar 2020 19:41 (UTC+04:00)

ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasının vaxtı məlum olub.

ATƏT PA-nın saytına istinadən verilən xəbərə görə, qış sessiyası fevralın 20-21-də Vyanada Hofburq Konqres Mərkəzində keçiriləcək.

Qış sessiyasında ATƏT parlamentariləri cari məsələlər ətrafında müzakirələr aparacaq, ATƏT rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirəcəklər. (APA)

AzNews.az