Temperatur 33 dərəcəyə yüksələcək
24 May 2013 12:45 (UTC+04:00)
Qurumdan AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
AzNews.az