Əlcəzairdə iki avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb

19 Yanvar 2020 12:37 (UTC+04:00)

Əlcəzairin cənub hissəsində iki avtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 46-sı yaralanıb.

Bu barədə “En-Nahar” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, qəza Stıl şəhərində, ölkənin cənubundakı Əl-Ued və Biskra əyalətlərinin qovşağında baş verib.

Məlumatda bildirilib ki, yaralılardan beşi ağır vəziyyətdədir. (Report)

AzNews.az