Pompeo Berlində Çavuşoğlu ilə danışıqlar aparıb

19 Yanvar 2020 18:04 (UTC+04:00)

Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Almaniyada səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo konfrans çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Bu gün Berlində, Türkiyənin xarici işlər naziri Çavuşoğlu Liviyadakı sülh prosesini müzakirə etdim. Liviyada atəşkəsin əldə edilməsi və sülhə əməl olunmasına nəzarət etmək üçün etibarlı mexanizmin yaradılması barədə razılığa gəldik” - deyə, o bildirib.

AzNews.az