Salyanda 52 yaşlı kişinin meyiti tapılıb

19 Yanvar 2020 18:30 (UTC+04:00)

Salyan rayonunda kişi meyiti tapılıb.

Hadisə rayonun Plastik yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivdə Kür daşqınları zamanı zərərçəkmişlər üçün yeni tikilən evlərdən birinin arasında, 1968-ci il təvəllüdlü Fələkzadə Fələk Sənan oğlunun meyiti aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az