1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

19 Yanvar 2020 22:04 (UTC+04:00)

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib:

“Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”. (Trend)

AzNews.az