Parlament seçkiləri ilə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

19 Yanvar 2020 23:05 (UTC+04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 22 min 746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

MSK sədri bildirib ki, hazırda bu proses davam edir. (APA)

AzNews.az