Ağdamda yol qəzası olub, ölən və yaralananlar var

19 Yanvar 2020 23:31 (UTC+04:00)

Ağdam rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə İmamqulubəyli kəndində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az