Çadda terror aktı törədilib - Ölənlər var

20 Yanvar 2020 19:28 (UTC+04:00)

Çadda terror aktı törədilib.

Bu barədə "France-Presse" orduya istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Lak regionunun yaşayış məntəqələrindən birində baş verib. Kamikadzenin törətdiyi partlayış nəticəsində azı 9 nəfər həlak olub.

Qeyd edilir ki, hadisə “Boko Haram” qruplaşmasının hücum etdiyi ərazidə baş verib. Lakin qruplaşmanın terror aktı ilə əlaqəli olub-olmaması açıqlanmır.

AzNews.az