Burkina-Fasoda silahlıların hücum olub

21 Yanvar 2020 10:34 (UTC+04:00)

Burkina-Fasonun şimalında yerləşən kəndlərdən birinə silahlıların hücumu zamanı azı 20 dinc sakin həlak olub.

Bu barədə yerli hakimiyyətə istinadən “Maghreb Arabe Press” informasiya agentliyi bildirib.

Məlumata görə, silahlılar Pissila vilayətinin Rofeneqa kəndinə hücüm ediblər. Quldurlar yerli vaxtla gecə saatlarında 40 motosikldə kəndə gəliblər və yerli sakinlərə atəş açıblar.

Cinayətkarlar həmçinin ibtidai məktəb binasını yandırıblar. Hücumun hansı qruplaşmanın silahlıları tərəfindən edildiyi məlum deyil. (Report)

AzNews.az