Xırdalanda "Opel" yanıb

21 Yanvar 2020 14:40 (UTC+04:00)

Abşeronda avtomobil yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xırdalan şəhərində "Opel" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az