Bakıda evdən 3400 manatlıq oğurluq edilib

21 Yanvar 2020 19:00 (UTC+04:00)

Bakıda evdən 3400 manatlıq oğurluq edilib.

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - H.Məmmədov və Ş.Hacıyev saxlanılıblar.

AzNews.az