İran casuslarının Türkiyədə “eşq” macəraları

24 May 2013 14:08 (UTC+04:00)



Türkiyə mətbuatının yazdığına görə, onlar əlaqədə olduqları şəxslərlə bağlı məlumatları İrana ötürüb. İğdırda 9 ay əvvəl aparılan araşdırmalar nəticəsini verib və qadınlar polisin keçirdiyi əməliyyat nəticəsində mayın əvvəlində həbs ediliblər.

Saxlanan qadınlar ölkələrinə geri göndərilib. Ancaq onların İranda heç bir məsuliyyətə cəlb edilməyərək sərbəst həyatlarına davam edəcəkləri gözlənilir.

Qadınların Türkiyəyə necə gəlmələrinə gəlincə isə, onlara müvəqqəti xarici pasport verilib. Daha sonra fahişəliyə cəlb edən şəxs və ya qruplarla əlaqələndirilib. Sigə evliliyinə razı olan qadınlar tədricən ailə bağından istifadə edərək məlumatları toplayıb və İran tərəfinə ötürüb.
Türkiyəyə gətirilən və bəzi məlumatlarda azərbaycanlı olduğu bildirilən Elvina A. adlı qadın isə polisə ifadəsində sigə evliliyi ilə yanaşı dəstənin digər əməllərindən də danışıb. O hətta qrup sekslə məşğul olma təklifləri etdiklərini bildirib. O, digər qadınlarla birlikdə bəzən qrup sekslə məşğul olduqlarını da deyib. Ancaq Türkiyəyə fahişəlik məqsədilə gəldiyin deyən bu qadın casusluq ittihamlarını yalanlayıb.

Xatirə
AzNews.az