ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərinin mərkəzində naməlum şəxs insanların sıx cəmləşdiyi istiqamətə atəş açıb.
Silahlı insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Şəhər polisi “Twitter”də bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerindədir. Şübhəli şəxsin axtarışı davam etdirilir.
Hadisənin turistlər arasında populyar olan məkanda baş verdiyi bildirilir. 9-55 yaş aralığında olan yaralılar xəstəxanaya yerləşdirilib. (APA)
AzNews.az