Ərdoğanla Castin Trüdo telefonla danışıb

23 Yanvar 2020 10:59 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kanadanın Baş naziri Castin Trüdo arasında telefon danışığı baş tutub.

AzNews.az xəbər verir ki, məlumatı Türkiyə Respublikası Prezident Aparatı yayıb.

Açıqlamada deyilir:

“Prezidentimiz Cənab Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Castin Trüdo ilə telefonla danışıb. Dünən axşam saatlarında baş tutan danışıqda iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə edilib”.

Pərvanə