Dağıstan rəhbəri Azərbaycana səfər edəcək

23 Yanvar 2020 13:10 (UTC+04:00)

Bunu “Report”un Rusiya bürosunun müxbirinə Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev deyib.

Azərbaycanla əlaqəli yeni layihələr barədə danışan V.Vasilyev qeyd edib ki, 2020-ci ildə Bakı-Dərbənd-Mahaçqala marşrutu üzrə yüksəksürətli qatarın istifadəyə veriləcəyi planlaşdırılır: “Bu, Peterburq-Helsinki qatarına bənzər sürətli qatar olacaq. İstəyirik ki, Dərbənddən keçərək Bakıdan Mahaçqalaya və əks istiqamdə sadələşdirilmiş gömrük prosedurları ilə gediş-gəliş olsun. Artıq çox adam bunun nə vaxt mümkün olacağını soruşur. Layihəni bu il həyata keçirəcəyimizə ümid edirik”.

V.Vasilyev bildirib ki, yaxın gələcəkdə özü də Bakıya səfər etməyi planlaşdırır: “Hələlik tarixi söyləməyəcəm, amma deyə bilərəm ki, bu səfərə çox ciddi hazırlaşırıq”.

O, Azərbaycan və Dağıstan iqtisadiyyatına toxunaraq onların bir-birinə bənzədiyini söyləyib:

“İqtisadiyyatlarımız çox oxşardır. Bir çox mütəxəssis hətta birbaşa rəqib olduğumuzu söyləyir. Ancaq, bu, yaxşı münasibətlər qurmağımıza mane olmur və sual yaranan məsələlərdə bir-birimizi başa düşürük”.

AzNews.az