Rusiya Dövlət Duması Konstitusiyada dəyişikliklər edilməsi haqqında qanun layihəsini qəbul edib

23 Yanvar 2020 13:58 (UTC+04:00)

Dövlət Duması Rusiya prezidenti Vladimir Putinin Konstitusiyaya düzəlişlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, məlumatı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin verib.

"Qanun layihəsi 432 səslə qəbul edilib", - deyə V. Volodin bildirib.

Layihənin ikinci oxunuşu fevralın ortalarında baş tuta bilər.

AzNews.az