Avstraliyada yanğın səbəbi ilə hava limanı bağlanıb

23 Yanvar 2020 15:06 (UTC+04:00)

Avstraliyada baş verən yanğınlara görə Kanberra hava limanı bağlanıb.

AzNews.az xəbər verir ki, bu barədə hava limanı rəsmi internet səhifəsində açıqlama yayıb.

Açıqlamada təyyarələrin aeroporta eniş və qalxış edə bilmədiyi deyilir.

“Mövcud hava şəraiti səbəbi ilə Kanberra hava limanı bağlanıb”, - deyə bildirilir.

Yol polisi “Twitter” səhifəsində əhaliyə xəbərdarlıq edib:

“Yanğın sürətlə yayılır və bölgədə bir çox yol bağlanıb. Xahiş edirik bölgədən uzaq durun”.

Pərvanə