“Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm"

23 Yanvar 2020 20:34 (UTC+04:00)

"Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, deputatlığa namizədliyi qeydə alınmış namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun davranmalıdır:

“Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin”. (APA)

AzNews.az