Xırdalanda iki azyaşlını avtomobil vurub

23 Yanvar 2020 21:12 (UTC+04:00)

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 məktəbli xəsarət alıb.

Hadisə Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında baş verib.

Minik avtomobili yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Alsu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. A.Səbzəliyevaya döş qəfəsinin küt travması, F.Orucovaya isə döş qəfəsinin küt travması, sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzNews.az