Xırdalanda su kəsiləcək

24 Yanvar 2020 10:25 (UTC+04:00)

Bu gün Abşeron rayonunun Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AzNews.az xəbər verir ki, məlumatı “Azərsu” ASC yayıb.

Məlumata görə, buna səbəb şəhərdə yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

AzNews.az