Əhmədinejad Azərbaycan xalqını təbrik etdi

24 May 2013 14:27 (UTC+04:00)

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycan xalqını təbrik edub. Prezidentin rəsmi saytında yer alan məlumata görə, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi, həmçinin dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qədim tarixə malik gözəl münasibətlərin olduğunu nəzərə alaraq, gələcəkdə də bu əlaqələrin hər iki ölkənin xalqlarının qarşılıqlı mənafeyi istiqamətində daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə, eləcə də dünyada davamlı sülh və təhlükəsizliyin bərqərar olacağına əminliyimi bildirirəm.

Uca Tanrıdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dost dövləti və xalqına isə tərəqqi və səadət diləyirəm".

AzNews.az