Azərbaycanda koronavirusa yoluxma riski varmı? - RƏSMİ AÇIQLAMA

24 Yanvar 2020 13:28 (UTC+04:00)

Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar:

“Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Çindən ölkəmizə gələnləri mütləq yoxlamaq lazımdır”.

Qeyd edək ki, Çinin Uhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.

AzNews.az