Dağlıq Qarabağda iki erməni hərbçi naməlum şəraitdə güllələnib

24 Yanvar 2020 13:58 (UTC+04:00)

Bu gün səhər saatlarında Dağlıq Qarabağda iki hərbçi güllələnib.

Bu barədə qondarma rejimin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə naməlum şəraitdə baş verib.

Güllə yarası alan hərbçilər 2001-ci il təvəllüdlü Qenri-Ayk Simonoviç Zakaryan və 2000-ci il təvəllüdlü Armen Conikoviç Mesropyandır.

Qenri-Ayk Simonoviç Zakaryanın vəziyyəti ağır qiymətləndirilir. (APA)

AzNews.az