Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib

24 Yanvar 2020 22:43 (UTC+04:00)

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ İsrail, İraq və Suriyada da hiss olunub.

AzNews.az