İstanbulda üç gəmi yanır

25 Yanvar 2020 09:59 (UTC+04:00)

İstanbulun Maltepe rayonunda sahildə üç gəmidə yanğın başlayıb.

Restoranın yanında olan bir gəmidə başlayan yanğın digər gəmilərə də keçib. Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az