Türkiyədə zəlzələ bir kəndi xəritədən sildi

25 Yanvar 2020 11:41 (UTC+04:00)

Türkiyənin Elazığ şəhərində baş verən zəlzələ nəticəsində Sivrice rayonunun Çevrimtaş kəndinə böyük zərər dəyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, kənddə yerləşən evlərin hamısı dağılıb.

Zəlzələ nəticəsində kənd sakinlərindən 2-i ölüb, 2-i isə yaralanıb.

“Sputnik”ə açıqlama verən kəndlilər hadisə zamanı yaşadıqlarını danışıblar:

“Nə baş verdiyini anlamadıq. Birdən ev üstümüzə çökdü. Dağıntılar arasında qalan 2 cəsədi çıxardıq. Yaralıları xəstəxanaya apardıq. İndi xarabalığa çevrilən kənddə nə edəcəyimizi bilmirik”.

Pərvanə