İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib

25 Yanvar 2020 17:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

AzNews.az xəbər verir ki, məlumatı Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

AzNews.az