257 nəfər deputatlığa namizədliyini geri götürüb

26 Yanvar 2020 09:25 (UTC+04:00)

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

AzNews.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 257 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədliyin sayı 1380 nəfərdir.

AzNews.az