Türkiyədən təxliyə edilən 42 azərbaycanlı tələbə Naxçıvana çatdırılıb

26 Yanvar 2020 10:08 (UTC+04:00)

Türkiyənin zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb.

"Elazığdan oyla çıxan ilk avtobusdakı 42 tələbəmiz artıq Naxçıvana çatdırılıb", - deyə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin məlumatında bildirilir. Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb. (Report)

AzNews.az