Namizədliyini geri götürdü - Nahid Bağırovu dəstəklədi

27 Yanvar 2020 16:35 (UTC+04:00)

Azərbaycandakı Ahısqa Türklərinin "Vətən" Cəmiyyətinin sədri İsmayıl Rəhimov 62 saylı Saatlı seçki dairəsindən irəli sürdüyü namizədliyini geri götürüb.

AzNews.az xəbər verir ki, bu barədə o, bəyanatla çıxış edib.

İ.Rəhimov qeyd edib ki, fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində eyni dairədən namizəd olmuş Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırovu dəstəkləyir:

"62 saylı Saatlı seçki dairəsindən namizədliyim təsdiq olunsa da, sonradan müəyyən səbəblərdən namizədliyimi geri götürdüm. Lakin bu, o demək deyil ki, tam olaraq seçki prosesindən kənarlaşmışam. Mən fevralın 9-da Milli Məclisdə keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini 62 saylı Saatlı seçki dairəsindən irəli sürmüş Nahid Bağırovu dəstəkləyirəm. Saatlının bütün sakinlərini, o cümlədən, rəhbərlik etdiyim cəmiyyətin birləşdirdiyi Ahısqa türklərini Nahid Bağırova səs verməyə çağırıram. Əminəm ki, Nahid Bağırov dinindən, dilindən və millətindən asılı olmayaraq, hər bir Saatlı sakininin səsi olacaq".(qafqazinfo)

AzNews.az