Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib

28 Yanvar 2020 11:02 (UTC+04:00)

Rövnəq Abdullayev dördüncü dəfə AFFA prezidenti seçilib.

Seçki AFFA-nın XXVIII növbəti konfransı çərçivəsində təşkil olunub.

Yeganə namizəd olan R.Abdullayev bu vəzifəyə yekdilliklə layiq görülüb.

Qeyd edək ki, Rövnəq Abdullayev AFFA-ya 2008-ci ildən rəhbərlik edir. (Report)

AzNews.az