Türkiyədə yenidən zəlzələ olub

28 Yanvar 2020 15:43 (UTC+04:00)

AzNews.az "Sputnik"ə istinadən xəbər verir ki, məlumatı Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutu yayıb.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin Rixter cədvəli üzrə 4.8 bal gücündə olduğunu bildirib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri İzmirdən şimal-şərqə 2 km 99 km dərinlikdə yerləşib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilkin məlumata görə, hadisə yerində dağıntı və itki olmadığını deyib.

#DEPREM
KIRKAGAC-MANISA https://t.co/fC0BUR1QHW
28.01.2020, 14:26:13 TSİ
Büyüklük: 5.1
Derinlik: 11.8 km#Kandilli

— Kandilli Rasathanesi (@Kandilli_info) January 28, 2020

Pərvanə