Bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcək

29 Yanvar 2020 09:47 (UTC+04:00)

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.

AzNews.az xəbər verir ki, görüş İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edəcəklər.

Xatırladaq ki, ötən gün Azərbaycanın XİN rəhbəri Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

AzNews.az