AZAL ABŞ-a uçuşları dayandırdı

29 Yanvar 2020 10:44 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralda Bakıdan ABŞ-ın Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək.

Bu barədə AzNews.az-a Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirilib.

Məlumata görə, fasiləyə səbəb bu istiqamətdə aviareysə tələbatın az olmasıdır.

ABŞ-a uçuşlar martdan bərpa ediləcək.

AzNews.az