Türkiyənin Muğla vilayətində zəlzələ olub

29 Yanvar 2020 11:55 (UTC+04:00)

Türkiyənin Muğla vilayətində, Aralıq dənizinin Marmaris rayonu sahilində yerli vaxtla saat 08:10-da (Bakı vaxtilə saat 09.10) 4.1 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən verilən xəbərə görə, zəlzələ 65,1 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, dünən gecə saatlarında eyni ərazidə 5.4, 4,6 bal gücündə yeraltı təkanlar olub. AFAD Manisa vilayətində də dünən 4,7, 4,8 bal gücündə 2 zəlzələnin baş verdiyini açıqlayıb. (APA)

AzNews.az