İrəvanda atışma olub

29 Yanvar 2020 12:01 (UTC+04:00)

İrəvanda yanvarın 28-də axşam saatlarında atışma olub.

“Shamshyan.com” saytına istinadən verilən məlumata görə, insident Ermənistan paytaxtının Vantsyan küçəsində baş verib.

Hadisə yerində tapança və avtomat silahların patronları və gilizləri aşkarlanıb.

Bundan başqa, atışma yerində “Opel” markalı avtomobil və üzərində güllə yerləri olan “QAZel” maşını da olub. (APA)

AzNews.az