Ötən il Azərbaycanda müəlliflik hüququ verilən musiqi əsərləri məlum olub - SİYAHI

30 Yanvar 2020 17:04 (UTC+04:00)

2019-cu ildə Azərbaycanda tanınmış müğənnilərin müəlliflik hüququ obyekti kimi dövlət qeydiyyatına alınan əsərlərinin adları məlum olub.

Əqli Mülkiyyət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən il bəstəkar Aygün Səmədzadənin “Bakinskiy roman” adlı musiqi əsəri, müğənni Miryusif Mirbabayevin (Miri Yusif) “Bağışla”, “Mən heç kiməm”, “Səndən olmaz” və “Söylə” adlı musiqi əsərləri, bəstəkar Elçin İmanovun “Hamıdan küsüb gedəcəm” adlı musiqi əsəri və bəstəkar-ifaçı Şəmistan Əlizamanlının “Al bayrağa” və “Mələyim” (alternativ adı: “Gözəlim, ay mələyim”) adlı musiqi əsərləri müəlliflik hüququ obyekti kimi dövlət qeydiyyatına alınıb.

Eyni zamanda, bəstəkar Cavanşir Quliyevin “Tufan. Nuhun gəmisi” musiqili dram əsəri (iki pərdəli baletin partiturası), “Divan I” birinci cild və “Divan II” ikinci cild musiqi əsərlərindən ibarət toplusu müəlliflik hüququ obyekti kimi dövlət qeydiyyatına alınıb.

Baş kulinar Tahir Əmiraslanovun isə “Azərbaycan mətbəxi. Qacar dövrünün bərpa edilmiş xörəkləri” adlı kitabı və “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” məlumat toplusuna müəlliflik hüququ verilib.

AzNews.az