Vilayət Eyvazov o generalı işdən çıxardı
31 Yanvar 2020 17:05 (UTC+04:00)
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.
O, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.
"Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".
Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib. (report)