Anar Bağırov: "Azərbaycanda vəkilliyə böyük maraq var"

31 Yanvar 2020 20:07 (UTC+04:00)

"Son iki ildə vəkilliyə qəbulla bağlı çoxsaylı imtahanlar keçirilir. Ölkəmizdə vəkilliyə böyük maraq var".

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə müsahibəsində deyib.

A.Bağırov bildirib ki, Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahan bu tədbirlərin davamıdır.

"İmtahana demək olar ki, ölkəmizin bütün bölgələrindən 240-dək namizəd qatılıb. Ümid edirik ki, imtahanı müvəffəqiyyətlə vermiş hüquqşünaslar yaxın zamanlarda vəkil kimi yaşadıqları rayonlarda vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərə biləcəklər: Ümumiyyətlə ki, ölkəmizdə vəkilliyə göstərilən diqqət və qayğı ona gətirib çıxarıb ki, bu gün vəkillik peşəsinə böyük maraq var və vəkil olmaq istəyən hüquqşünasların sayı kifayət qədərdir. Bu müsbət tendensiya davam edir və bizi çox sevindirir", - deyə sədr qeyd edib. (e-huquq.az)

AzNews.az