MSK YAP-ın namizədinə xəbərdarlıq edib

31 Yanvar 2020 23:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O qeyd edib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir. Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb.

MSK bu fakta görə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

AzNews.az