Azadinform İnformasiya Agentliyi fəaliyyətini davam etdirir

3 Fevral 2020 22:58 (UTC+04:00)

AZADİNFORM Müstəqil İnformasiya Agentliyi ( www.azadinform.az ) fəaliyyətini davam etdirir.

AzNews.az xəbər verir ki, 31 yanvar 2020-ci il tarixində saytda baş vermiş texniki nasazlıq səbəbi ilə sayt işini müvəqqəti dayandırmışdı. Bildirilir ki, baş verən texniki problem qeyri-iş günlərinə təsadüf etdiyindən saytın fəaliyyətinin bərpası gecikib.

Qeyd edək ki, texniki nasazlıq artıq aradan qaldırılıb və sayt əvvəlki qaydada öz işinə davam etdirir.

Azadinform İnformasiya Agentliyi 2 gün ərzində saytın fəaliyyətsizliyindən narahat olaraq redaksiyaya zəng edən çoxsaylı oxuculara öz dərin təşəkkürünü bildirir.