MDB, ŞƏT və KTMT-yə üzv ölkələrin müdafiə nazirləri görüşəcək

4 Fevral 2020 12:28 (UTC+04:00)

Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə nazirləri iyunda Moskvada görüşəcəklər.

TASS bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verib.

Məlumatda bildirilib ki, adıçəkilən təşkilatların Müdafiə nazirliklərinin nümayəndələri fevralın 4-5-də Moskvada müdafiə nazirlərinin iyun görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd olunub ki, Azərbaycan, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın Müdafiə Nazirlikləri bu görüşdə iştirak edəcəklərini təsdiqləyiblər. (APA)