Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

6 Fevral 2020 15:30 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Van şəhərində baş verən qar uçqunu və İstanbuldakı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

AzNews.az-ın məlumatına görə, nazirliyin rəsmi "Twitter" səhifəsində yayılan başsağlığında deyilir:

"Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, qardaş Türkiyə!"