Tatarlar Rusiyanın konsulunu geri göndərdi

24 May 2013 20:15 (UTC+04:00)
Rusiyanın Ukraynanın Simferopol şəhərindəki baş konsulu Vladimir Andreyev postunu tərk etməli olub. Buna səbəb konsulun bir müddət əvvəl səsləndirdiyi qalmaqallı bəyanatdır.

Səfirin 1941-45 müharibəsində Krım tatarlarının nasistlərlə əlaqədə olduğunu bildirməsi sonunda istefa ilə nəticələnib.

"Интерфакс-Украина"nın verdiyi məlumata görə, Krım tatarları bu bəyanata ciddi reaksiya verərək etiraz aksiyalarına başlayıblar.

Rusiya Xarici İşlər Nazirliyi də konsulu bir müsahibədə səsləndirdiyi və etiraz doğuran fikkirlərini "korrektə olunmamış fikirlər" adlandırıb.

Elnarə
AzNews.az