Rusiya Dövlət Dumasının deputatı qəzada ölüb

7 Fevral 2020 22:26 (UTC+04:00)

Rusiyanın Tatarıstan Respublikasında “Bell” tipli vertolyot qəzaya uğrayıb.

AzNews.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, qəzada Dövlət Dumasının Aqrar məsələləri komitəsinin sədr müavini Ayrat Xayrullin ölüb, daha 2 nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatında qəzaya səbəb kimi vertolyotun sərt eniş etməsi ehtimal edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.